20 Yanvar dairəsi, körpünün üzərində, eləcə də Rəşid Behbudov və Dilarə Əliyeva küçələrinin kəsişməsində texniki nasaz avtomobillər yolda qalıb.

"Unikal" xəbər verir ki, nəticədə qeyd olunan küçələrin kəsişməsində və Moskva prospekti istiqamətində sıxlıq yaranıb.

Yol polisi əməkdaşları sıxlığın aradan qaldırılması məqsədilə işlər görürlər.