İyul ayında dünyasını dəyişən İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin sevgilisi, deputat Marta Faskinanın yoxa çıxması ölkə siyasətində mübahisə yaradıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  86 yaşında leykemiya xəstəliyindən vəfat edən “Forza Italia” partiyasının lideri Berluskoni 100 milyon avro dəyərində mirasını həmin partiyadan deputat olan 33 yaşlı sevgilisi Faskinaya qoyub.

İtaliyalı deputat o vaxtdan bəri parlamentin iclaslarına qatılmayıb və demək olar ki, ictimaiyyət qarşısına çıxmayıb.

Berluskoninin ölümündən sonra "Forza Italia"da mühüm rol oynayacağı gözlənilən Faskina itkin düşərək partiyada böhran yaradıb. Milanda evinə qapanaraq yas tutduğunu deyən və qatılmadığı partiya toplantılarına “Ağrım hələ böyükdür” mesajı göndərən Faskina siyasi tapşırıqlarını yerinə yetirmədiyi üçün partiyasında böyük reaksiyaya səbəb olub. "Forza Italia" rəhbərliyi 4 aydır itkin düşən Fascinanı parlamentdəki kürsüsündən istefa verməyə çağırıb.

Gülayə Mecid