"Mən Ermənistana KTMT-dən çıxmağa icazə verirəm.  Hesab edirəm ki, Ermənistan KTMT-dən qurtulmaq istəyir". 

"Unikal" xəbər verir ki, bunu  Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin yerli KİV-ə açıqlamasında deyib. 

"KTMT Rusiyanın hərbi-siyasi maraqlarının onunla razılaşanlarla razılaşaraq həyata keçirilməsi formasıdır. Ermənistana gəlincə, mənə elə gəlir ki, o, indi KTMT-dən ayrılmaq, ondan çıxmaq istəyini nümayiş etdirir və bu, tamamilə mümkündür. Bu o demək deyil ki, KTMT fəaliyyətini dayandıracaq. Bu o deməkdir ki, Ermənistan bundan sonra KTMT-nin üzvü olmayacaq. Bu, erməni xalqının maraqları üçün qeyri-təbii olsa da, Qarabağdakı öz soydaşlarının maraqlarına xəyanət yoluna qədəm qoyan və bu işi davam etdirən hakimiyyət üçün tamamilə təbiidir”, - Zatulin qeyd edib. 

Gülayə Mecid