Tehran hökuməti İranda yaşayan əfqanıstanlı qaçqınların geri qaytarılması üçün yeni plan hazırlayır.

"Unikal" xəbər verir ki, bunu İranın Kabildakı səfirinin müavini Seyid Hüseyn Musəvi Taliban hökumətinin daxili işlər naziri Məhəmməd Nəbi Öməri ilə görüşündə deyib.

O, qaçqınların geri qaytarılması üçün Taliban hökumətinin şərait yaratmasını istəyib.