"Ermənistan parlamenti tərəfindən Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Roma Əsasnaməsinin ratifikasiyası Rusiyaya və ya Rusiya Federasiyasının prezidentinə qarşı qeyri-dost hərəkət deyil".
"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, Ermənistan-Rusiya parlamentlərarası komissiyasının həmsədri Akop Arşakyan deyib.
"Roma statusunun ratifikasiyası heç bir halda bizim bəzi rusiyalı həmkarlarımızın təsəvvür etdiyi kimi Rusiyaya və ya Rusiya prezidentinə qarşı qeyri-dost hərəkət deyil. Əminəm ki, Rusiya ilə münasibətlərdəki gərginliyə aydınlıq gətiriləcək və aradan qaldırılacaq", - o qeyd edib.