Nigeriyada yanvar-sentyabr ayları arasında Lassa qızdırması epidemiyası 28 əyalətin 112 bölgəsində, eləcə də paytaxt Abucada yayılmağa davam edib. Bildirilib ki, 1068 Lassa qızdırması aşkar edilib, epidemiya nəticəsində həyatını itirənlərin sayı 181-ə yüksəlib.

"Unikal" xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamada ölkədə yanvar-sentyabr ayları arasında Lassa qızdırması epidemiyasının 28 əyalətin 112 bölgəsində, eləcə də paytaxt Abucada yayılmağa davam etdiyi bildirilib.

Nigeriyada ölümcül olan və heyvanlardan insanlara keçə bilən Lassa qızdırmasından bu il ölənlərin sayı 181-ə yüksəlib.

Nigeriya hökuməti fevralın əvvəlində Lassa qızdırması epidemiyası səbəbindən “fövqəladə vəziyyət” elan edib.

2022-ci il yanvarın 1-dən noyabrın 20-dək ölkədə 989 yoluxma faktı aşkarlanıb, 178 nəfər ölüb.

Xəstəlik ilk dəfə Nigeriyada 1969-cu ildə ölkənin şimal-şərqindəki Borno əyalətində yaranıb.

Siçan nəcisi ilə təmasda olarkən yayılan xəstəlik insandan insana keçə bilər və ölümcül hemorragik qızdırmaya səbəb olur.