Hindistanın Sikkim əyalətində 23-ü əsgər olmaqla 30 nəfər daşqın nəticəsində həlak olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə Sikkim Dövlət Fəlakət İdarəetmə İdarəsinin baş direktoru Prabhakar Rai məlumat yayıb. 

Onun sözlərinə görə,Laçen bölgəsində suyun səviyyəsi qəfil qalxıb və daşqın baş verib. Ordudan verilən açıqlamada bölgədəki hərbi qurumda olan 23 hərbçinin seldə itdiyi bildirilib.

Digər tərəfdən Banqladeşdə bəzi bölgələr üçün daşqın xəbərdarlığının edildiyi qeyd edilib.