İraqın baş naziri Məhəmməd əl-Sudani oktyabrın 10-11-də Moskvaya səfər edəcək və burada Rusiya prezidenti Vladimir Putinlə görüşmək niyyətindədir.

"Unikal" xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb .

Onların məlumatına görə, əl-Sudani oktyabrın 9-da İraqı tərk edəcək. O, oktyabrın 10-da Rusiya lideri ilə görüşmək istəyir, ertəsi gün isə işgüzar görüşlər keçirəcək.