Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) "narıncı" kateqoriyada axtarışda olan FETÖ-çü Koray Vuralı Tacikistanda yaxalayaraq Türkiyəyə gətirib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, FETÖ-nün tapşırığı ilə Tacikistana gedən və təşkilat daxilində müxtəlif rəhbər vəzifələrdə çalışan Vural Orta Asiya və Tacikistanda təşkilatçılıq fəaliyyətini quran adlar arasında olub.