Hazırda Ukraynada rəsmi olaraq 26 mindən çox insan xüsusi şəraitdə itkin düşüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir  ki, bu barədə Ukrayna daxili işlər nazirinin müavini Leonid Tımçenko telemarafonun efirində bildirib.

Onun sözlərinə görə, işin həcmi kifayət qədər böyükdür, çünki hazırda Ukraynada 26 mindən çox adam axtarışdadır. Onlar müharibə şəraitində itkin düşüblər. Onlardan 11 mini mülki, 15 minə yaxını isə hərbçidir.

Gülayə Mecid