Brüsseldə Ermənistan və Azərbaycan arasında danışıqları təşkil etmək mümkün olacaq.

"Unikal" xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Cozep Borrell Avropa Siyasi Birliyinin sammitinin keçiriləcəyi Qranadada jurnalistlərə bildirib.

“Ümid edirəm ki, Brüsseldə Ermənistan və Azərbaycan arasında görüşlər təşkil etmək mümkün olacaq. Bu, münaqişənin genişlənməməsi üçün lazımdır". 

Borrell Azərbaycan və Türkiyə liderlərinin Avropa Siyasi Birliyinin Qranadada keçirilən sammitində iştirak etməməsindən təəssüfləndiyini bildirib.

Gülayə Mecid