İranın keçmiş prezidenti Mahmud Əhmədinejatın xaricə çıxışına qadağa qoyulub.

"Unikal" xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. 

Bildirilib ki, M.Əhmədinejatın Qvatemalaya səfərinin qarşısı alınıb. Məlumata görə, hava limanında onun pasportu müsadirə edilib. İnformasiyaya əsasən, keçmiş prezident pasportunun qaytarılaraq Qvatemalaya səfər etməsi üçün uyğun qərarın qəbul ediləcəyini gözləyir.

Qeyd edək ki, o, 2005-2013-cü illərdə İranın prezidenti olub.