Serbiya prezidenti Aleksandr Vuçiç İspaniyada Avropa Siyasi Birliyinin (EPC) sammiti çərçivəsində Ukrayna lideri Volodimir Zelenski ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.

“Vuçiç İspaniyanın Qranada şəhərində AQS sammiti başlamazdan əvvəl Ukrayna prezidenti ilə görüşüb ”, - nəşr qeyd edir.

Serbiya Prezidenti öz sosial şəbəkələrində Böyük Britaniya, İspaniya, Norveç, Lüksemburq və Hollandiyanın baş nazirləri ilə qısa görüşlərin və Şimali Makedoniya və Macarıstanın hökumət başçıları ilə daha ətraflı “dostluq” söhbətinin fotolarını yerləşdirib.