"Qoşunların real olaraq çıxarılması halında Ukrayna Rusiya tərəfi ilə danışıqlara razılıq verə bilər". 

"Unikal" xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba “Forbes” nəşrinə müsahibəsində deyib.  

O qeyd edib ki,  lakin bu vəziyyət Kiyevin dialoqa keçidinə zəmanət vermir.

"Əgər mən bu qənaətin heç olmasa başlanğıcını görsəm və əmin olsam ki, bu bəzək deyil, real nəticədir, başa düşərəm ki, onlar danışıqlara hazırdırlar. Lakin bu, Ukraynanın danışıqlara avtomatik razılıq verməsi demək deyil. Rusiya bizi, avropalıları və amerikalıları çox tez-tez aldadır ki, ona ilk sözdən və ya addımdan inanmaq mümkün deyil", - Kuleba izah edib.

O əlavə edib ki, heç kim münaqişəni dayandırmaq üçün Ukrayna tərəfindən hər hansı ərazi güzəştləri barədə düşünməsin. Kuleba vurğulayıb ki, kimsə onunla bu cür təklifləri müzakirə etmək istəsə, bu, “xoşagəlməz söhbət” olacaq.

Əvvəllər Ukraynanın Qərblə problemlərə görə Rusiya ilə güzəştə getməyə məcbur olacağı proqnozlaşdırılırdı.

Gülayə Mecid