Ukrayna prezidenti Volodimir Zelenski HƏMAS-ın İsrailə hücumunu Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqələndirib və hər iki münaqişə ilə bağlı İranı tənqid edib.

"Unikal" xəbər verir ki, o, bu barədə Kopenhagendə NATO Parlament Assambleyasındakı çıxışında danışıb. 

"Yeganə fərq odur ki, İsrailə hücum edən terror təşkilatı və Ukraynaya hücum edən bir terror dövləti var. Bildirilən niyyətlər fərqlidir, amma mahiyyət eynidir", - deyə Zelenski bildirib 

Zelenski qlobal hadisələr qarşısında Qərbi birliyə çağırıb:

“İndi beynəlxalq arenadan daxili mübahisələrə çəkilməyin vaxtı deyil. Özünüzü təcrid etməyin vaxtı deyil. Susmaq və ya bir qitədəki terrorun qlobal işlərə təsir etmədiyini iddia etmək vaxtı deyil”, - deyə Zelenski bildirib.

Gülayə Mecid