206-cı batalyonun komandiri, "Biba" ləqəbli Vitali Baranov Donetsk vilayətində döyüş bölgəsində həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
"206-cı TRO batalyonunun komandiri, polkovnik-leytenant Vitali Baranov həlak olub. O, Donetsk aerodromunda, Opıtnıda, Vodyanda və Piskidə döyüşlərdə iştirak edib və Bohdan Xmelnitskinin iki ordeni ilə təltif edilib", - KİV-də qeyd olunub.
Vyatroviç xatırladıb ki, 2022-ci ildə Baranov Ukrayna Silahlı Qüvvələrinin TRO-nun 206-cı batalyonuna komandanlıq edib. Kiyev vilayətinin azad edilməsində, ölkənin cənubunda və şərqində gedən döyüşlərdə iştirak edib.