Qəzza zolağında vəziyyətin gərginləşməsi ilə əlaqədar oktyabrın 11-də Ərəb Dövlətləri Liqası Şurasının (ƏDL) Qahirədə xarici işlər nazirləri səviyyəsində fövqəladə sessiyası keçiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə Fələstinin Ərəb Dövlətləri Liqasındakı daimi nümayəndəsi Məhəmməd əl-Əqluq məlumat verərək, çərşənbə günü Ərəb Dövlətləri Liqasının Baş Katibliyinin qərargahında Fələstinin tələbi ilə tədbirin keçirilməsinə qərar verildiyini bildirib. 

O vurğulayıb ki, dünən Fələstin regionda vəziyyətin gərginləşməsi ilə bağlı məsləhətləşmələr üçün Ərəb Liqası Şurasının fövqəladə iclasının çağırılmasını istəyib.

Mərakeş və İraq da belə bir təşəbbüslə çıxış ediblər.