İsrail HƏMAS ilə münaqişə fonunda Tamar qaz yatağında hasilatı dayandırıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin rəhbəri İsrael Kats Reuters agentliyinə bildirib .

İndi İsrail enerji ehtiyaclarını ödəmək üçün alternativ yanacaq axtarmağa məcburdur. Ölkə iqtisadiyyatın qaz sektorunda da fövqəladə vəziyyət elan etməyi planlaşdırır.

Tamar İsrail elektrik stansiyaları və sənayesi üçün əsas qaz mənbəyidir.