İsrailin Qüds yaxınlığındakı Əbu Qoş kəndində Əhməd-Hacı Kadırov adına məscid fələstinlilərin raket atəşi nəticəsində zədələnib.

"Unikal" xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

HƏMAS tərəfindən atılan raket birbaşa Qüds yaxınlığındakı Əhməd Kadırov məscidinə düşüb.

Xatırladaq ki, Ramzan Kadırov 2014-cü ildə atasının adına məscid tikdirib. Əhməd Kadırovun adına olan məscid İsrailin ən böyük məscidlərindən biridir. Layihənin dəyəri 10 milyon dollar olub.

Nuranə Abbasova