İran və Sudan diplomatik münasibətləri bərpa etmək qərarına gəlib.

"Unikal" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin Telegram kanalında dərc olunan bəyanatda deyilir.

İdarədən verilən məlumata görə, bu qərar ötən aylar ərzində yüksək səviyyədə qarşılıqlı əlaqələrin nəticələrinə əsasən qəbul edilib. Beləliklə, İran və Sudan regionda təhlükəsizlik və sabitlik sahəsində tərəfdaşlıqlarını dərinləşdirmək barədə razılığa gəliblər. Bundan əlavə, dövlətlər tezliklə öz ərazilərində bir-birlərinin səfirliklərini açacaq və ikitərəfli əməkdaşlığın inkişafını müzakirə etmək üçün rəsmi nümayəndə heyətləri yaradacaqlar.

“İki ölkə hökumətləri suverenliyə və ümumi maraqlara qarşılıqlı hörmət əsasında dostluq münasibətlərini inkişaf etdirmək barədə razılığa gəliblər”, - deyə məlumatda bildirilir.