"İndi İranda rejim dəyişikliyi üçün ən yaxşı vaxtdır".

"Unikal" xəbər verir ki, bunu ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton "X" sosial şəbəkəsində yazıb:

"HƏMAS İsrailə qarşı qəddarcasına hücumlarının İranın dəstəyi ilə həyata keçirildiyini təsdiqləyib. Bu o deməkdir ki, İran bu hücumları Həmasa maliyyə yardımı ilə koordinasiya edib.

Bayden hökuməti çoxdan molla rejiminin qarşısında dayanmalı idi. 

İndi İranda rejimi dəyişmək üçün ən yaxşı vaxtdır!" -deyə o bildirib.