Olaf Şolz, Emmanuel Makron, Co Bayden və Rişi Sunak arasında yaxın saatlarda telefon danışığı olacaq.

"Unikal" xəbər verir ki, ABŞ, Fransa, Almaniya və Böyük Britaniya bu fikirdə yekdildir:

"İsraildəki münaqişə atəşə çevrilməməlidir. Bu vəziyyətdə heç kim terroru təşviq etməyə davam etməməlidir”, - Almaniya kansleri Olaf Şolz Fransa prezidenti ilə birgə mətbuat konfransında bildirib.

O, əlavə edib ki, o və həmkarları “regionda baş verənlərlə bağlı yaxından fikir mübadiləsini davam etdirirlər”.