Ermənistanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Telegram kanallarına 50 mindən çox vətəndaş abunə olub.

"Unikal" erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin sədri Arqişti Kərəmyan deyib. 

Onun sözlərinə görə, 2022-2023-cü illərdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 4029 cinayət işi araşdırılıb, 1063 nəfərə qarşı ittiham irəli sürülüb, onlardan 287-si həbs edilib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi nəticəsində əldə edilən vəsaitin ümumi həcmi 3 milyard dramı (7,5 milyon dollar) ötüb.

Araşdırmalar çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 onlayn platforma müəyyən edilib.

Hesabat dövründə müstəntiqlər tərəfindən qadağan olunmuş maddələrin istehsal olunduğu laboratoriya avadanlığı olan 6 otaq aşkar edilib.

Nuranə Abbasova