ABŞ İsrail və HƏMAS arasındakı münaqişəyə birbaşa müdaxilə edərsə, “Hizbullah”  Amerikanın Yaxın Şərqdəki mövqelərinə hücum etməklə hədələyir.

"Unikal" xəbər verir ki, bu barədə "The Times of Israel” yazıb.

ABŞ hərbi gəmilərini İsrail ərazisinə yaxınlaşdırdıqdan sonra Livan qrupunun sözçüsü "Fələstin Ukrayna deyil" deyə açıqlama verib.

“ABŞ birbaşa müdaxilə edərsə, ABŞ-ın bölgədəki bütün mövqeləri müqavimət oxunun qanuni hədəfinə çevriləcək və bizim hücumlarımıza məruz qalacaq. Və həmin gün qırmızı xətlər olmayacaq”, - deyə o bildirib.

Qeyd edək ki, ötən gün İranın dəstəklədiyi “Hizbullah” İsrailin mövqelərinə hücum edib və bu səbəbdən bəzi ölkələr radikal şiə qruplaşmasının Həmas-ın İsrailə qarşı hücumlarına müdaxilə edə biləcəyindən ehtiyat ediblər.