Fələstinin Rusiya Federasiyasındakı səfiri Əbdül Hafiz Nofəl bildirib ki, hazırda Fələstin prezidenti Mahmud Abbasın Moskvaya  səfərinə hazırlıq gedir.

"Unikal" xəbər verir ki, o, bu barədə “Rossiya 24” telekanalında danışıb.

Onun sözlərinə görə, Fələstin Moskva ilə gündəlik əlaqə saxlayır.

"Hazırda prezident Abbasın Moskvaya səfərinə hazırlıq gedir", - diplomat bildirib.

O əlavə edib ki, Fələstin tərəfi Moskvanın Fələstin-İsrail nizamlanması ilə bağlı mövqeyini yüksək qiymətləndirir.