ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu kiçik Robert Kennedi ölkə prezidentliyinə namizədliyini irəli sürmək planlarını açıqlayıb.

Unikal" xəbər verir ki, siyasətçi bu barədə oktyabrın 9-da Pensilvaniya ştatının Filadelfiya şəhərində məlumat verib. Siyasətçi X sosial şəbəkəsində (keçmiş Twitter) Filadelfiyada Milli Konstitusiya Mərkəzinin yaxınlığında keçirilən mitinq zamanı verdiyi açıqlamanın videosunu yayıb .

Kiçik Kennedi Demokratların namizədliyi üçün hazırkı prezident Co Baydenə qarşı mübarizəsindən imtina etdiyini və müstəqil namizəd kimi iştirak edəcəyini bildirib.

Analitiklərin fikrincə, siyasətçi hər iki tərəfdən dəstək ala bilər.

Bundan əvvəl kiçik Robert Kennedi Ukraynadakı münaqişəni 100 günə bitirəcəyinə söz verib.