HƏMAS hərəkatının radikal qanadının hücumları nəticəsində azı 1008 israilli həlak olub, daha 3418 nəfər yaralanıb.

"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, bu rəqəmlər İsrailin Vaşinqtondakı səfirliyinin X sosial şəbəkəsində (keçmiş Twitter) dərc edilmiş bəyanatda yer alıb.

HƏMAS-ın hücumundan sonra İsrail müharibə vəziyyətinə keçdiyini, “Dəmir Qılınclar” əməliyyatının başladığını və Qəzza sektorunun tam blokadaya alındığını elan edib.

Hazırda İordan çayının qərb sahilində toqquşmaların davam etdiyi və Livanla sərhəddə tərəflərin bir-birini artilleriya atəşinə tutduğu bildirilir.
 

*** 10:18

Qəzza zolağında gedən müharibədə həlak olan israillilərin sayı 900-ə çatıb. HƏMAS hələ də mülki və əsgər olmaqla 100-dən çox israilli girovu saxlayır.

"Unikal" xəbər verir  ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.  

Bununla yanaşı, İsrail ordusu 200-dən çox terrorçu hədəfə daha bir neçə zərbə endirib. Livandan sərhədə daxil olan ən azı iki terrorçu güllələnib. Hadisə zamanı İDF-nin 300-cü briqadasının komandir müavini, polkovnik-leytenant Alim Abdullah həlak olub.

Oktyabrın 10-da səhər saatlarında İsrail ordusu Qəzza zolağında HƏMAS-ın bir çox hədəfinə "genişmiqyaslı" hava hücumları həyata keçirdiyini bildirib.

Gülayə Mecid