"Dünyanın mədəni və sivilizasiya müxtəlifliyini əks etdirən yeni, daha ədalətli dünya nizamı gözümüzün qarşısında qurulur".

"Unikal" xəbər verir ki,  bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “BMT Nizamnaməsinin prinsiplərinə bütövlükdə uyğunluq və qarşılıqlı əlaqə əsasdır” məqaləsində qeyd edib. 

"BMT Baş Assambleyasının 78-ci sessiyasındakı müzakirə inandırıcı şəkildə təsdiq etdi: dünya kardinal, tektonik dəyişiklikləri yaşayır. Gələcəyin konturları mübarizədə yaranır", - Lavrov izah edib. 

Həmçinin,  Lavrov bildirib ki, dünya əhalisinin 85%-i qlobal nemətlərin daha ədalətli bölüşdürülməsi və sivilizasiya müxtəlifliyinə hörmət və beynəlxalq həyatın demokratikləşməsinin tərəfdarıdır.

Eyni zamanda, Lavrovun fikrincə, ABŞ başda olmaqla Qərb ölkələri hadisələrin təbii gedişatını ləngitməyə və əlçatmaz dominantlıqlarını saxlamağa çalışırlar.

Gülayə Mecid