İsrail ərazisində HƏMAS-ın 1500 yaraqlısının cəsədi tapılıb.

"Unikal" xəbər verir ki, bu barədə "SkyNews" məlumat yayıb. 

İsrail Müdafiə Nazirliyi müharibə başlayandan bəri həlak olan 123 əsgərin adını açıqlayıb. Ümumilikdə isə terror hücumu nəticəsində İsraildə 900 nəfər öldürülüb. 

Livanla şimal sərhədində baş verən atışma zamanı İsrail ordusunun bir polkovnik-leytenantının öldürüldüyü də təsdiqlənib.

Ağarza Elçinoğlu