Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi ABŞ-nin Yaxın Şərq siyasətinin uğursuzluğunun bariz nümayişidir.

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin İraqın baş naziri Məhəmməd əl-Sudani ilə danışıqları zamanı deyib.

Rusiya liderinin sözlərinə görə, hazırda dünyada davam edən Ukrayna böhranı ilə yanaşı, Yaxın Şərqdə də vəziyyətin"B kəskin şəkildə gərginləşməsi müşahidə olunur.

Putin qeyd edib ki, İsrail və Fələstinə onlar üçün məqbul kompromislər tapmağa kömək etmək əvəzinə, Vaşinqton yalnız öz sülh baxışını təbliğ edib və münaqişənin hər iki tərəfinə təzyiq göstərib.

Gülayə Mecid