İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS terror hərəkatının iqtisadiyyat naziri Cavad Əbu Şamalı məhv edib.
"Unikal" xəbər verir ki, bu barədə IDF-nin "Telegram" kanalında məlumat dərc olunub.
İsrail ordusunun hesabatında qeyd olunub ki, Əbu Şamala öz vəzifələrinin bir hissəsi olaraq HƏMAS-ın maliyyəsini idarə edib və Qəzza zolağının daxilində və xaricində terrorizmi maliyyələşdirmək və istiqamətləndirmək üçün vəsait ayırıb.
Ağarza Elçinoğlu