Avropa İttifaqı HƏMAS hərəkatını terror təşkilatı kimi tanıyıb.

"Unikal" xəbər verir ki, bu barədə Fransanın baş naziri Elizabet Born məlumat verib.

Milli Assambleyadakı çıxışı zamanı hərəkat yaraqlılarının İsrail ərazisinə hücumunu şərh edən Born "terrorizm və barbarlığın heç bir bəhanəsi olmadığını" və Fransa hakimiyyətinin antisemitizmə "nə küçədə, nə də internetdə icazə verməyəcəyini" vurğulayıb. 

HƏMAS İsrail, Kanada, ABŞ, Yaponiya və bir sıra digər ölkələr tərəfindən terror təşkilatı kimi tanınıb. Onun fəaliyyəti İordaniya və Misirdə də qadağan edilib.