Rusiya 2024-2026-cı illər üçün BMT-nin İnsan Hüquqları Şurasına ( İHŞ ) seçilməyib .

"Unikal" xəbər verir ki, BMT Baş Assambleyası şuraya yeni üzvlər üçün seçkilər keçirib. Rusiya ilə yanaşı, Şərqi Avropa ölkələri qrupundan iki yer uğrunda Albaniya və Bolqarıstan mübarizə aparıb. Səsvermədə Rusiya 83, Albaniya 123, Bolqarıstan 160 səs toplayıb.

Rusiya Federasiyası 2020-ci ildə İHŞ-yə seçilib və 2022-ci ilin aprelinə qədər, BMT Baş Assambleyası Ukraynadakı xüsusi hərbi əməliyyatla əlaqədar üzvlüyünü dayandırdığı vaxta qədər orada fəaliyyət  göstərib. Bu qərar Rusiyanı Şurada səs vermək və çıxış etmək imkanından məhrum edib.

Buna cavab olaraq Rusiya İHŞ-dakı səlahiyyətlərinə xitam verdiyini açıqlayıb.

Buna baxmayaraq , Moskva İHŞ-nın müstəqil daxili və xarici siyasətlərinə görə cəza olaraq bir qrup ölkələrin tapşırıqlarını yerinə yetirən bir orqana çevrilməsinə qarşı çıxmaq üçün cari seçkilərdə İHŞ-ya qayıtmaq qərarına gəlib. Bu barədə BMT-dəki missiya məlumat yayıb.