Əfqanıstanın şimal-qərbində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.
"Unikal"ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialından bildirilib.
Məlumata əsasən, zəlzələnin episentri daha əvvəl bir sıra güclü zəlzələlərin qeydə alındığı Herat şəhərindən 37 km şimalda olub.
Episentrdə zəlzələnin intensivliyinə əsasən, zəlzələ “dağıdıcı” kimi qiymətləndirilir.