Dünya liderləri indi İsrailə getməlidirlər, çünki indi oradakı insanlar, Rusiya Federasiyasının genişmiqyaslı işğalının ilk günlərində Ukrayna xalqı kimi, xüsusilə dəstəyə və birlik hissinə ehtiyac duyurlar.

"Unikal" xəbər verir ki,  bunu Ukrayna prezidenti Volodimir Zelenski NATO-nun baş katibi ilə Brüsseldə Alyansa üzv ölkələrin müdafiə nazirlərinin görüşü başlamazdan əvvəl mətbuata birgə bəyanatı zamanı deyib.

"Biz müharibə vəziyyətindəyik, ona görə də terror aktlarını, qurbanları, faciələri (indiki İsraildə olduğu kimi - red.) anlayırıq. Dünya liderlərinə, belə demək mümkünsə, tövsiyəm var. İlk günləri xatırlayıram. Bizim genişmiqyaslı müharibəmiz. Bu, Belarus raketləri, sonra Rusiya ordusu ilə terror hücumları ilə başladı və bu, bizim yaşadığımız ən böyük faciə idi. Bu qədər insan və ölüm... Və buna görə də tək olmamaq çox vacibdir”, - deyə o bildirib.

Gülayə Mecid