İsrail ordusunun 7 oktyabr şənbə günü səhər saatlarından Qəzza zolağında həyata keçirdiyi hücumlarda 8 jurnalist həyatını itirib.
"Unikal" xəbər verir ki, Qəzza hökumətinin mətbuat ofisi, İsrailin hücumları nəticəsində mətbuatda yer alan ölən, yaralanan və qurumlarla bağlı yazılı açıqlama verib.
Açıqlamada hücumlar zamanı 8 jurnalistin həyatını itirdiyi, 10 jurnalistin yaralandığı, 2 jurnalistin itkin düşdüyü bildirilib.