İsrail Livandan atılan tank əleyhinə raketlərə cavab olaraq Livanın cənubundakı şəhərləri atəşə tutub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hücum İsrailin Ərəb əl-Aramşe şəhəri yaxınlığında, Livanın Dayra kəndi ilə üzbəüz baş verib.

Livanın cənubundakı Rmeiş şəhərinin sakinləri İsrail tərəfindən atəşə tutulduqlarını bildiriblər.