Ankarada illərdir öz qızına təcavüz edən ata polis tərəfindən saxlanılıb. 

"Unikal" xəbər verir ki, bu  barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Belə ki, M.D adlı qız 15 yaşından etibarən atası tərəfindən zorakılığa məruz qalıb. Bununla yanaşı, kişi qızına “anana desən, səni öldürərəm” deyərək 4 il cinsi istismar edib.  Atasından uşaq dünyaya gətirən M.D. polisə şikayət edib.  

Qıza zamanda Ankarada saxlanılan və qızının dünyaya gətirdiyi körpənin bioloji atası olduğu müəyyən edilən B.D (49 yaş) , “uşağa qarşı cinsi zorakılıq” cinayətinə görə 64 il 1 ay, “Təhdid” cinayətinə görə isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.