Rusiya prezidenti Vladimir Putin və HƏMAS kimi terrorçular azad və demokratik xalqları girov saxlamağa çalışırlar, onlar dəyişməyəcək və buna görə də məğlub edilməlidir.

"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Brüsseldə Ukraynanın müdafiəsi üzrə təmas qrupunun 16-cı iclasının əvvəlində bildirib.

"Putin və ya HƏMAS kimi terrorçular azad və demokratik xalqları girov saxlamağa çalışırlar. Və onlar azadlıq istəyənlər üzərində hakimiyyət istəyirlər. Terrorçular dəyişməyəcək. Onlar sadəcə itirməlidirlər. Bu da o deməkdir ki, biz qalib olmalıyıq. Və biz qalib gələcəyik", - o,  vurğulayıb. 

Gülayə Mecid