Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO-nun baş katibi Yens Stoltenberqin “Rusiya qışdan Ukraynaya qarşı silah kimi istifadə etməyi planlaşdırır” bəyanatına zarafatla cavab verib.

"Unikal" xəbər verir ki,  o, bu barədə öz "Telegram" kanalında yazıb. 

"O ( Yens Stoltenberq - red.) bizim "mövsümi kəskinləşmələr" taktikasından istifadə edərək, yaz və payızdan NATO-nun baş katibinə qarşı silah kimi istifadə etdiyimizi bilmir", - Zaxarova yazıb. 

Bundan əvvəl Stoltenberq də Ukrayna münaqişəsinin uzanacağına hazırlıq görməyə çağırıb.