HƏMAS-ın qurucularından biri Şeyx Əbdülfəttah Duxan vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə "Gaza Now" məlumat yayıb. 

Daha əvvəl bildirilmişdi ki, İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin Həmas Əl-Qəssam Briqadaları təşkilatının hərbi qanadının komandiri Məhəmməd Əd-Deyfin evinə hücum edib. Nəticədə onun ən yaxın qohumlarının öldüyü qeyd edilir. Komandirin özünün taleyi barədə məlumat yoxdur. İsraildə o, əsas terrorçulardan biri hesab olunur, fələstinlilər onu əfsanəvi azadlıq döyüşçüsü adlandırırlar. 

Ağarza Elçinoğlu