İranın ali dini rəhbəri Əli Xamenei Seyid Əliəkbər Ocaqnejadı Cəmkəran Məscidinin rəhbəri təyin edib.

"Unikal" xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb. O, Məhəmməd Həsən Rəhimyanı əvəz edib. 

O, bundan əvvəl Azərbaycandakı İran Mədəniyyət Mərkəzinin rəhbəri, Xameneinin Azərbaycandakı nümayəndəsi olub. 

Xatırladaq ki, 2021-ci il oktyabrın 5-də polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb. Ocaqnejad bundan 2 gün sonra Azərbaycandan qaçmışdı. 

Ağarza Elçinoğlu