Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) oktyabrın 7-dən etibarən Qəzza zolağına endirilən hava hücumları nəticəsində BMT-nin 9 əməkdaşının həlak olduğunu bildirib.

"Unikal" xəbər verir ki, bu barədə UNRWA "X" sosial şəbəkəsində məlumat yayıb.

"Mülki əhalinin müdafiəsi, xüsusən də silahlı münaqişə zamanı birinci dərəcəli əhəmiyyət kəsb edir. Onlar müharibə qanunlarına uyğun olaraq qorunmalıdır", - müraciətdə deyilir.