İsrailin Qəzza zolağında Əl Karama Qüllələri yaxınlığında qadağan olunmuş fosfor bombası atdığı iddia edilib. Sosial şəbəkələrdə yayılan paylaşımlardan sonra fosfor bombası ilə bağlı araşdırmalara başlanılıb.  

Fosfor bombası niyə bu qədər təhlükəlidir və onun təsirləri nədən ibarətdir?

"Unikal" fosfor bombası haqqında məlumatı sizinlə bölüşür:

Kimyəvi silahlar sinfinə daxil edilə bilən ölümcül nəticələri və təsirləri olan bomba, atıldığı bölgədəki bütün canlıları təsir edir. Fosfor buxarını tənəffüs etmək ağciyərlərə qəfil zərər verə bilər, bu da insanın nəfəs ala bilməməsinə səbəb ola bilər. 

Ağ fosforun təsiri altında olan şəxslər adətən paltarlarına ciddi ziyan vurmasalar da, bədənin daxili hissəsində ciddi yanıqlar əmələ gəlir. Yanma prosesi başladıqdan sonra bu reaksiyanı dayandırmaq demək olar ki, mümkün deyil. Dünyadakı bir çox insan haqları qrupları fosfor bombalarının kimyəvi silah kimi təsnif edilməli olduğunu iddia edirlər. Onlar tələblərini beynəlxalq müqavilələrdə fosfor bombalarının açıq şəkildə qadağan edilməməsi ilə əsaslandırırlar.

Fosfor bombasının tərkibində ölümcül ola biləcək zəhərli komponent var. Bu tərkib hissəsi dərin yanıqlara səbəb olmaqla yanaşı, qaraciyər, ürək və böyrəklər kimi orqanlara da zərər verə bilər. Fosfor bombası dəridən sızan, orqanlara zərər verən və qısa zamanda insana ciddi təsir edən son dərəcə təhlükəli bir silahdır.

Gülayə Mecid