"İsrail hərbi güc də daxil olmaqla, Fələstinin ata-baba torpaqlarını qismən işğal edib". 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

"Fələstinlilərin ilkin Fələstin torpaqlarının bir hissəsi hesab etdikləri torpaqların bir hissəsi müxtəlif vaxtlarda və müxtəlif üsullarla İsrail tərəfindən işğal edilib, lakin təbii ki, əsasən də hərbi gücün köməyi ilə", - Rusiya lideri qeyd edib. 

Bundan əvvəl o, müstəqil Fələstin dövlətinin yaradılmalı olduğunu qeyd edib. 

Ağarza Elçinoğlu