Bir sıra siyasətçilərin İrana qarşı Fələstin-İsrail münaqişəsinin gərginləşdirilməsində iştirakla bağlı ittihamları əsassızdır.

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilən “Rusiya enerji həftəsi” Beynəlxalq Forumunun plenar iclasında deyib.

"İndi biz eşidirik ki, İran həmişə olduğu kimi, sübut olmadan bütün günahlarda ittiham olunur. Heç bir sübut yoxdur ", - Rusiya lideri qeyd edib.

Bundan əvvəl bir sıra amerikalı siyasətçilər, o cümlədən ABŞ prezidentliyinə iki namizəd: ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi Nikki Heyli və Florida ştatının qubernatoru Ron DeSantis İranı HƏMAS-ı İsrailə hücum etməyə hazırlamaqda ittiham etmişdilər.  

Gülayə Mecid