Qəzzanın enerji idarəsinin rəhbəri Qalal İsmayıl Qəzzanın yeganə elektrik stansiyası yanacaq qurtardıqdan sonra fəaliyyətini dayandırdığını açıqlayıb. 

"Unikal" xəbər verir ki, o,  bu barədə CNN-ə müsahibəsində deyib.  

İsmayıl deyib ki, Qəzzada insanlar hələ də elektrik enerjisi istehsal etmək üçün generatorlardan istifadə edə bilirlər, lakin sərhədin hər iki tərəfindəki blokadada generatorları işə salmaq üçün yanacaq tükənir.