Rusiyalı müğənni Dima Bilan bronxit diaqnozu ilə Moskvada təcili xəstəxanaya yerləşdirilib.

"Unikal" xəbər verir ki, musiqiçinin səhhəti ilə əlaqədar Tümen, Perm, Yekaterinburq və Çelyabinskdəki konsertləri təxirə salınıb.

Qeyd edək ki, xəstəliklə əlaqədar Bilanın səsində problemlər var və oxuya bilmir.