İraqın baş naziri Məhəmməd Şia əl-Sudani Kərkük-Ceyhan Neft Kəmərini yenidən istifadəyə verməyə hazır olduqlarını bəyan edib.

"Unikal" xəbər verir ki, bu barədə Sudani Rusiyada keçirilən Rusiya Enerji Həftəsinin əsas sessiyasında bildirib.

O, qeyd edib ki, bu barədə türk tərəfdaşlardan da məlumat alınıb.

Fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlər səbəbindən Kərkük-Ceyhan Neft Kəməri ilə daşımaların dayandırıldığını xatırladan Sudani, "Lakin bu yaxınlarda müəyyən texniki yoxlamalar aparıldı və bu, kəmərin hazır olduğunu göstərdi. Hökumət də hazırdır .Türk tərəfdaşları da bu barədə məlumatlandırılır."- deyə o, bildirib.