“Der Spiegel” jurnalı Almaniya Hərbi Hava Qüvvələrinin İsrailin istifadəsi üçün PUA təmin edəcəyini iddia edib.

"Unikal" xəbər verir ki, məlumata görə, Almaniya Hərbi Hava Qüvvələrinin Alman pilotların təhsili üçün istifadə edilən 2 ədəd Heron tipli pilotsuz uçuş aparatını (PUA) İsrailin istifadəsinə verəcəyi iddia edilmişdi .

Xəbərdə İsrailin iki PUA-nı davam edən hücumlarda istifadə edib-etməyəcəyini soruşduğu və Almaniya hökumətinin buna yaşıl işıq yandırdığı bildirilib.

İsrailin bölgədəki münaqişə vəziyyətinə görə alman pilotların təlimini dayandırdığı və təlim keçən 16 pilotun Almaniyaya qayıdacağı bildirilib.

PUA-ların yüksək ayırdetmə qabiliyyətinə malik kameraları ilə hədəfləri 24 saata qədər müşahidə və izləyə bildiyi, PUA-ya çevrildiyi təqdirdə isə dəqiq raketlərlə avtomobilləri və ya daha kiçik mövqeləri məhv edə bildiyi vurğulanıb.